IQNA

Suriyanın müftisindən Qərzaviyə "dişsındıran" cavab

11:13 - December 16, 2016
Xəbər sayı: 3481146
"Fitnə şeyxi" adı ilə məşhurlaşan Qətərdə yaşayan misirli "təkfirçi təbliğçi" Şeyx Yusfi Qərzavi Hələb döyüşlərində Suriya rejimi əleyhinə döyüşməyi arzulayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) PRESS TV-yə istinadla verdiyi xəbərə görə, Şeyx Yusfi Qərzavi - "fitnə şeyxi" adı ilə məşhurlaşan və Qətərdə yaşayan misirli "təkfirçi təbliğçi" ki, həmişə vəhabiləri terrorizmə və radikalizmə həvəsləndirir, bu dəfə yeni məqsədlə etdiyi çıxışda Hələb döyüşlərində Suriya rejimi əleyhinə döyüşməyi arzuladığını bildirib.

Şeyx Əhməd Bədruddin Həsun – Suriyanın baş müftisi, "fitnə şeyxi"nin bu "arzu"suna "dişsındıran" cavab verib.

Suriyanın baş müftisi "əl-Məyadin" peyk Tv kanalı ilə birbaşa yayımda Şeyx Yusif Qərzavidən soruşub: "Əqsa Məscidi, Qüds və Fələstinin azadlığı uğurunda və öz vətənin Misrdə düşmənlər əleyhinə "cihad" arzulamağın daha yaxşı olmazdımı?!"

Şeyx Əhməd Bədruddin Həsun əlavə edərək soruşub: "Madamki işğalçı sionist rejiminin işğalı altında olan bir İslam ölkəsində İslamın düşmənləri əleyhinə cihad daha önəmlidirsə, Suriyanın daxili qarşıdurmasında hansı dəlil ilə "cihad"a qoşulmaq istəyirsən?!".

Suriyanın baş müftisi Şeyx Əhməd Bədruddin Həsun bu canlı yayımda bildirib ki, suriyalı məsihi (xaçpərəst) qardaşlar onunla əlaqə saxlayaraq bildiriblər ki, Hələbin İŞİD tərəfindən dağıdılmış "Əməvi Came"sini, bütün suriyalıların bu tarixi əsərini yenidən təmir etməyə hazırdırlar.

Şeyx Əhməd Bədruddin Həsun vurğulayıb ki, bir həftə sonra bu tarixi əsərin təmirinə başlanılacaq, gələn altı ay ərzində öz əvvəlki halına qaytarılacaqdır və çox yaxın zamanda yenidən Azan sədaları Əməvi Camesinin minarələrindən eşidiləcəkdir.

http://iqna.ir/fa/news/3554178


Teqlər: iqna ، suriya ، qətər ، misir ، qərzavi ، baş müfti ، həsun ، cihad ، hələb
captcha