IQNA

16 yaşlı müsəlman qız istedadı ilə görənləri heyran edir

16:23 - February 18, 2017
Xəbər sayı: 3481359
16 yaşlı pakistanlı İnşa Əfsariz öz gənc yaşlarında artıq dünyada yerləşən çoxlu qarlı yamacları fəth edib.


16 yaşlı müsəlman qız istedadı ilə görənləri heyran edir

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, 16 yaşlı pakistanlı İnşa Əfsariz öz gənc yaşlarında artıq dünyada yerləşən çoxlu qarlı yamacları fəth edib. Lakin onu fərqləndirən yalnız bu deyil.

Məsələ burasındadır ki, qızın bir ayağı yoxdur - o, 2005-ci ildə baş vermiş güclü zəlzələ nəticəsində ayağının birindən məhrum olub. Uzun çəkən müalicədən ABŞ-da ona süni ayaq taxıblar.

Gənc qıza tam təsadüfi şəkildə dağ xizəkləri hədiyyə edildikdən sonra, bu qeyri-adi həvəs (maraq)onu ağuşuna alıb.

Hazırda İnşa Əfsariz Pakistanın ən yaxşı xizəkçilərindən biridir. O, 2018-ci ildə Cənubi Koreyada keçiriləcək Paralimpiya oyunlarında öz ölkəsini təmsil edəcəyinə ümid edir.

"Mən öz həyatımı xizəksiz təsəvvür edə bilmirəm. Düşünürəm ki, hətta mənim ailəm belə, arzularımı tam ciddiliklə anlamır. Ümid edirəm ki, mənim nümunəm, kimlərəsə sübut edəcək ki, bütün maneələr yalnız bizim başımızdadır və əgər istəsək, ilk öncə mümkünsüz kimi görünən hər bir şeyə nail ola bilərik.”, - deyə o bildirib.

Teqlər: müsəlman ، iqna ، quran ، İslam ، din ، deaŞ
captcha