IQNA

Myanmalı müsəlmanlar geri qayıdır

10:11 - February 20, 2017
Xəbər sayı: 3481370
Myanmalı yüzlərlə müsəlman xilas olmaq üçün getdikləri Banqladeşdən geri qayıtmağa başlayıblar.

Myanmalı müsəlmanlar geri qayıdır

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, myanmalı yüzlərlə müsəlman xilas olmaq üçün getdikləri Banqladeşdən geri qayıtmağa başlayıblar.

Banqladeş Təknaf sahilindəki miqrantların lideri Dudu Mia minə yaxın müsəlmanın öz kəndlərinə qayıtdığını açıqlayıb.

Bundan əlavə, BMT-nin xəbərdarlıqlarından sonra Myanma ordusu da 4 aydır davam etdirdiyi müsəlman kəndlərinə basqını dayandırıb.

Myanma hökumətinin təzyiqlərinə və təqiblərinə görə 400 min müsəlman miqrant Banqladeşə sığınıb.

captcha