IQNA

İordaniyalı "qəlbinur" Quran hafizi:

"Qəlbinur" yarışçılarının hifz səviyyəsi yüksək və tilavətləri güclüdür

6:56 - April 22, 2017
Xəbər sayı: 3481565
Yəhya Məhəmməd Səid vurğuladı: Bu gün yarışlar solununda idim, tilavətləri dinlədim, yarışçıların hifz səviyyəsi yüksək və tilavətləri gözəl və güclü idi. Ümumilikdə zəif iştirakçı görmədim.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordaniyalı "qəlbinur" Yəhya Məhəmməd Səid İİR-da keçirilən Quran yarışlarının keçirilmə səthi və səviyyəsi barədə vurğuladı: Bu gün yarışlar solununda idim, tilavətləri dinlədim, yarışçıların hifz səviyyəsi yüksək və tilavətləri gözəl və güclü idi. Ümumilikdə zəif iştirakçı görmədim.

Yəhya Məhəmməd Səid – İran İslam Respublikasının 34-cü beynəlxalq Quran yarışlarında "İslam Dünyasının İkinci Beynəlxalq Qəlbinurlar Quran Yarışması"nın iştirakçısı, İQNA ilə müsahibəsində dedi:

Ölkəmizdə əyalət və ölkə üzrə dəfələrlər Quran yarışlarında iştirak etməyimə və yer tutmağıma baxmayaraq, ilk dəfədir ki, beynəlxalq Quran yarışlarını təcrübə edirəm.

O, ailəsinin onun Quran fəaliyyətlərində təsirli olduğuna işarə edərək dedi: Ailəm bu məsələdə ən təsirli və ilkin rola malikdir. Mən 10 yaşımdan Quran öyrənməyə və hifz etməyə başladım. Elə ilk çağlardan da ailəm məni bu işə təşviq və məni bu yolda himayə etdilər. Və bu da məni bu yolda daha da çox irəliyə aparırdı.

Yəhya dedi: Quran- Kərimin hifzini başa vurduqdan sora 17 yaşında ikən İordaniyanın Quran ustadlarından "Quran tədrisinə icazə" diplomu aldım.

Bu yarışlara İordaniyanın Oman şəhərindən gəldiyini deyən Yəhya Məhəmməd Səid dedi: Bu yarışların keçirilməsi dünya səthində Quran fəallarının beynəlxalq əlaqələrinin möhkəmlənməsində çox böyük təsirə malikdir.

Yəhya Məhəmməd Səid bu Quran yarışlarının devizinə (Bir Kitab, Bir Ümmət) işarə edərək dedi: Yarışların şüarı və devizi düzgün seçilmişdir və yerində seçilmişdir. Bu gün hər zamandakından daha çox İslami birlik və vəhdətə ehtiyacımız var.

*** 

"QƏLBİNUR": görmə qabiliyyətini itirmiş, görmə qabiliyyəti məhdud olanlar, gözdən əlil insanlar ki, başdakı gözləri olmasa da, qəlblərinin işığı ilə hiss edir və görürlər. 

http://iqna.ir/fa/news/3591771


captcha