IQNA

Qazaxıstanda oruc zamanı yas yerlərində günorta yeməyinin verilməməsinə çağırış

9:23 - May 20, 2017
Xəbər sayı: 3481669
Qərbi-Qazaxıstan vilayətinin baş imamı ictimai-iaşə məkanı sahiblərindən gündüz saatlarında yas yerlərində günorta yeməyi verməmələrini xahiş edib.

Qazaxıstanda oruc zamanı yas yerlərində günorta yeməyinin verilməməsinə çağırış

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın Ahlibeyt.az-a istinadənverdiyi xəbərə görə, vilayətin baş imamı Ruslan Sultanov qarşıdan gələn Ramazan ayı ilə bağlı ictimaiyyətə müraciət müraciət edərək bildirib:

"Biz bütün restoran və kafe sahiblərini anlayışla yanaşmağa, müqəddəs Ramazan ayında gündüz saatlarında yas yerlərində günorta yeməyi verməməyə çağırırıq. Əgər Allah Quranda bizə oruc tutmağı əmr edibsə, o zaman bizlər günorta yeməyi zamanı Qurana necə zidd çıxa və hüzr mərasimi ilə bağlı yemək verə bilərik?”

Ruslan Sultanov sahibkarlardan ruhaniləri dəstəkləmələrini və müştərilərinə süfrənin toy deyil, yası xatırlatmalı olduğunu diqqətlərinə çatdırmalarını də xahiş edib.

captcha