IQNA

Avstriyada Quran paylanmasının qadağan olunmasına etiraz edilir

10:52 - May 20, 2017
Xəbər sayı: 3481671
Avstriyada Quran paylanması və niqabı qadağan edən yeni qanunun qəbul olunması müxtəlif qruplar o cümlədən müsəlmanların etirazına səbəb olub.

Avstriyada Quran paylanmasının qadağan olunmasına etiraz edilir

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Maide.Az-a istinadən xəbər verir ki, Avstriya İslam Cəmiyyətinin sədri İbrahim Olğun bildirib ki, bu kimi qanunun qəbulu Avstriya üçün heç bir xeyir gətirməyəcək. "Belə qadağalar qəbul olunmazdır. Bu addım din və əqidə azadlığı ilə ziddiyyət təşkil edir.”

Həmçinin Avstriya parlamentinin İnsan hüquqları araşdırılması komissiyasının sədri Mustafa Yenaroğlu hökumətin bu qanunu qəbul etməsini məntiqə zidd adlandırıb. " Problemlərin həqiqi həlli üçün təhsil və iş sahəsindəki ayrıseçkilik aradan qaldırılmalıdır. İrqçilik yayan və insanları aldadan partiyalar cəmiyyəti öz sisyasi məqsədlərinə çatmaq üçün zəhərləyir və sosial problemləri gizlədirlər.”

Avstriyada təqribən əhalinin 7 faizini müsəlmanlar təkil edir . Bu ölkədə son aylarda miqrantlara qarşı kampaniyalar düzənlənir və bəzi sağçı ifratçı partiyalar islamofobiyanı geniş yayır.

Avstriya parlamentinin qəbul etdiyi yeni qanun 2017-ci ilin oktyabr ayında qüvvəyə minəcək. Qanuna görə, Quran satışı və niqab qadağan olunur. Qanunun tələblərini pozan şəxslər cərimələnəcək.

captcha