Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Deyerler.org- saytına istinadən xəbər verir ki, Əli Həkimi adının Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəminə hədiyyə edənlərin siyahısına yazılmasının onun üçün böyük şərəf olduğunu bildirib.
O, deyir ki, Həzrət Əbülfəzl Abbasa (ə) hədiyyə üçün hazırladığı xalçanın dizaynı və işlənməsi üçün 3 il vaxt sərf edib. Ağ, yaşıl və sarı rəng çalarlı təbii iplərdən və ipəkdən istehsalında istifadə olunan xalçanın eni 4, uzunluğu isə 7 metrdir. Xalça mübarək şaban ayının şərəfinə Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin Qiblə qapısının qarşısında yerə sərilib.