Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Deyerler.org-a istinadən xəbər verir ki, İŞİD terrorçuların Kərbəlanın qərb bölgəsi istiqamətində hücum təşəbbüsü Əl-Haşduş Şəbi qüvvələrinin böyük səyi nəticəsində dəf olunub.
Bu əməliyyat çərçivəsində Əl-Haşduş Şəbi qüvvələri, bir çox təkfirçi terrorçunu öldürərək, onların Kərbəlada törətmək istədikləri amansız hücumlarına mane olublar.
Qeyd edək ki, İraqın baş naziri Heydər Əl-Əbadi yaxın günlərdə Mosul şəhərinin tamamilə azad edilməsinin açıqlanacağını qeyd edib.