IQNA

İranın seçilmiş qariləri 2015-ci ilin Mina şəhidi Möhsün Hacıhəsənini tilavət ilə andılar + Video

0:26 - September 01, 2017
Xəbər sayı: 3482069
Bu ilin Həcc mərasiminə İİR-nın "Quranilər karvanı" ilə ezam olunmuş qarilər 2015-ci ilin Mina şəhidi Möhsün Hacı Həsənini Bəqərə surəsinin 125-ci ayəsinin tilavəti ilə andılar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 2017-ci ilin Həcc mərasiminə İran İslam Respublikasının "Quranilər karvanı" ilə ezam olunmuş qarilər 2015-ci ilin Həcc mərasimində Mina hadisəsində şəhid edilmiş Möhsün Hacı Həsəni Kargəri Bəqərə surəsinin 125-ci ayəsinin tilavəti ilə andılar.

İran İslam Respublikasının "Quranilər Karvanı" ilə Həcc mərasiminə ezam edilmiş məşhur Quran qariləri Höccətul-İslam vəl-müslimin Seyid Məhəmməd Cavad Musəvi Dorçeyi, Müctəbə Məhəmmədbəyi və Hadi Sülhcu 2015-ci ildə Möhsün Hacı Həsəni Kargərinin "Məscidul-Həram"da durduğu yerdə duraraq, sonuncu dəfə görüntülü yayım ilə oxuduğu ayəni, yəni Bəqərə surəsinin 125-ci ayəsini tilavət edərək şəhidin ruhuna hədiyyə etdilər.

Qeyd edək ki, şəhid Möhsün Hacı Həsəni Kargəri İİR-nın seçilmiş qarisi idi, 2015-ci ildə Malaziya beynəlxalq Quran yarışlarında qiraət üzrə birinci yeri qazandığı üçün Həcc mərasiminə ezam edildi və həmin ilin Mina hadisəsində şəhid oldu.

ENDİR və DİNLƏ

http://www.iqna.ir/fa/news/3636634



captcha