IQNA

Qazaxıstan prezidenti yeni təklif etdi:

İslam dünyasında elm və texnologiyanın inkişafı üçün xüsusi fond yaradılsın

9:37 - September 11, 2017
Xəbər sayı: 3482135
Nursultan Nazarbayov müsəlmanların və İslam dünyasının üzləşdiyi problemlərə işarə edərək təklif etdi ki, İslam dünyasında elm və texnologiyanın inkişafı üçün xüsusi fond yaradılsın.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin bazar günü, 10 sentyabr 2017-ci il, İƏT-in (İslami Əməkdaşlı Təşkilatı) Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil etdiyi "İslam dünyasında elm və texnologiya" toplantısında çıxış edən Qazaxıstan prezidenti Nursultan Nazarbayov dedi: İslam dünyası və müsəlmanlar radikallar və ekstrimistlərin yaratdığı çoxsaylı problemlərlə əlbəyaxa döyüşür.

O əlavə etdi: Bu radikal və ekstrimist qruplaşmaların özlərini İslama nisbət verməsi bu müqəddəs İlahi dinə qarşı təhqirdir.

Qazaxıstan prezidenti Qərbdə müsəlmanlar əleyhinə artan cinayətlərə işarə edərək dedi: Xarici qüvvələr müsəlman ümməti arasında ixtilaf və ayrılıq salmağa çalışır və İslam dünyası da öz vəhdət və birliyini itirmişdir.

Nursultan Nazarbayov vurğuladı: İslam dini dünyada mədəniyyətin və elmin inkişafında böyük təsirə malik olmuşdur. Buna görə də İslam dünyası elmə xüsusi diqqət ayırmalı və savadsızlıq və cahillik ilə mübarizə aparmalıdır.

Nursultan Nazarbayov müsəlmanların və İslam dünyasının üzləşdiyi problemlərə və İslam dünyasında elm və tədqiqata ayrılan büdcənin təkcə 1.5 % olduğuna və bu baxımdan dünyada geri qaldığına işarə edərək təklif etdi ki, İslam dünyasında elm və texnologiyanın inkişafı üçün xüsusi fond yaradılsın və İslam dünyasının elmi inkişafında fəal olanlar üçün mükafat ayrılsın.

Qazaxıstan prezidenti Nursultan Nazarbayov çıxışının sonunda Myanmarda müsəlmanların qətliam edilməsini pisləyərək, bu cinayətin dayandırılmasını tələb etdi.

http://www.iqna.ir/fa/news/3640119


captcha