İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Bu gün muhərrəmulhəram ayının onu, şəhidlər ağası, dünya şiələrinin üçüncü imamı, Həzrət İmam Hüseyn(ə)-ın şəhadətinin ildönümü günüdür.
Əzadarlıq heyət və dəstələri bu gün günorta namazı ilə bir vaxtda məscid, təkyə, hüseyniyyə, dini heyətlər, eləcə də küçə və meydanlarda Həzrət İmam Hüseyn(ə)-ın və o həzrətin vəfalı köməkçilərinin yolunu gedərək, günorta namazı vaxtı camaat namazı qılıblar.
Hər il Həzrət İmam Hüseyn(ə)-ın sonuncu namazının xatirəsinə qılınan Hüseyn Aşurasının günorta namazının ən mühüm müraciəti, İslam dininin yaşadılması və ən çətin şəraitlərdə bütün yüksək ilahi və insani dəyərlərin həyata keçirilməsidir.
İslami İranın əzadar xalqı həmçinin Hüseyn Aşurası ilə bir zamanda məscid, hüseyniyyə və təkyələrə toplaşıb, sinəvurma və zəncirvurma dəstələri yaradaraq, növhəxanlıq edib və Əba Əbdillah Əl-Huseyn(ə) və o həzrətin 72 sadiq köməkçisinin matəmində göz yaşları axıdıbdır.