IQNA

Misirdə "Daniyal Peyğəmbər məscidi" + Foto

8:18 - October 24, 2017
Xəbər sayı: 3482299
Misirin İskəndəriyyə şəhərinin ən qədim və tarixi binalarından biri də 600 illik tarixi olan "Daniyal Peyğəmbər məscidi"dir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misirin İskəndəriyyə şəhərinin ən qədim və tarixi binalarından biri və həmçinin bu şəhərin Came məscidi olan "Daniyal Peyğəmbər məscidi"dir.

Misirin İskəndəriyyə şəhərinin ən qədim və tarixi binalarından biri sayılan bu Came məscidin tikilmə tarixi 600 il öncəyə qayıdır.

"Daniyal Peyğəmbər Məscidi" İskəndəriyyə şəhərinin mərkəzində "Came Məscidi" xiyabanında yerləşir.

Bəziləri səhvən bu məscidi Bəni- İsrail peyğəmbərlərindən biri olan Həzrət Daniyal nəbinin (ə) dəfn olunduğu yer hesab edirlər. Amma əslində məsələ belədir ki, bu məscidi 8-ci hicri-qəməri əsrinin axırlarında İraqın Mosul əyalətindən Misirin İskəndəriyyə şəhərinə mühacirət etmiş və Şafei məzhəbinin şeyxlərindən olan Şeyx Məhəmməd ibn Daniyal Mosulu tikdirmişdir.

Əhl-Sünnənin 4 fiqhi məzhəbindən biri olan Şafei məzhəbinin şeyxi İskəndəriyyədə yaşadığı müddətdə İslam elmlərinin və din üsullarının tədrisi və təbliği ilə məşğul olmuşdur. Və 810-cu hicri-qəməri ilində vəfat edənədək bu şəhərdə yaşamışdır.

Onun vəfatından sonra onu fəaliyyət göstərdiyi məsciddə dəfn edirlər və zaman keçdikcə bu məscid onun adı ilə məşhurlaşır: Şeyx Məhəmməd Daniyal Məscidi.

Məscidin 5 metr dərinliyi olan zirzəmisində dəfn edilən alimin qəbiri onu sevənlər və sonralar isə hamı üçün ziyarətgaha çevirilir.

Həmin zirzəmiyə taxtadan pilləkənlər ilə düşülür. Qəbirin yanında başqa bir qəbir də görünür ki, deyilənlərə görə, Qurani-Kərimdə adı keçən həzrət Loqman Həkimin məzarıdır.

Zaman keçdikcə "Şeyx Daniyal" adı "Daniyal Nəbi" (Daniyal peyğəmbər) adı ilə əvəz edilir və avam kütlənin arasında belə də məşhurlaşır. Halbuki tarixi faktlara görə, Həzrət Daniyal peyğəmbər vəfat edən zaman İskəndəriyyə şəhəri olmayıb və bu şəhər Daniyal nəbinin vəfatından 3 yüz il sonra salınıb. Və bundan əlavə tarixi mənbələr Daniyal nəbinin məzarının İranın Xuzistan əyalətinin Şuş şəhərində olduğunu yazırlar.

Buna görə də İskəndəriyyə came məscidindəki qəbir Həzrət Daniyal nəbinin qəbri deyil, həqiqətdə Şeyx Daniyal Mosulinin qəbiridir.

İskəndəriyyə came məscidinin (Şeyx Daniyal məscidi) binası 1238-ci hicri-qəməri ilində Məhəmməd Əli Paşa tərəfindən yenilənmişdir.

http://www.iqna.ir/fa/news/3655284

مسجد دانیال نبی با پیشینه‌ای 600 ساله در مصر


مسجد دانیال نبی با پیشینه‌ای 600 ساله در مصر

مسجد دانیال نبی با پیشینه‌ای 600 ساله در مصر
captcha