İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misirin Fəyyum əyalətinin Mətər Tares kəndi bu ölkənin Qurani-Kərim sahəsində ən öncül kəndi hesab edilir və deyirlər ki, bu kənddə hər evdə ən azı bir Quran hafizi vardır.
Misirin “Əxbarul-Yəvm” qəzetinin informasiya portalının bu barədə hazırladığı materialda deyilir ki, Misirin Fəyyum əyalətinin Mətər Tares kəndi bu ölkənin Qurani-Kərim sahəsində ən öncül kəndidir. Bu kənddə 60 min nəfər cəmiyyət olsa da hələ də kənd statusu daşıyır. Bu altımış min nəfərlik kənd Misirin ilk Quran kəndi sayılır. Bu kəndin hər evində ən azı bir nəfər Qurani-Kərim hafizi vardır. Mətər Tasda 20 min nəfər Quran hafizi vardır. Bu hafizlərin yaş həddi 9 yaşından 70 yaşa qədərdir. Kənddə Quran öyrənmək istəyənlər üçün 80 təlim kursu fəaliyyət göstərir. Bunlardan 13 təlim kursu bağçada azyaşlılar üçün və 11 təlim kursu xanımlar üçün təşkil edilmişdir.
Hazırda isə bu kənddə 3 min nəfər Quran öyrəncisi olan uşaq yaşlı nəsil ilə birlikdə Quran hifzi dərslərində iştirak edirlər.
Bu kənddə 600-dən çox Quran qarisi Qurani-Kərimi 10 məşhur qiraət əsasında tilavət və tədris etməyə bacarır.
Mətər Tasın beynəlxalq Quran yarışlarında da qalibləri vardır. Bunlardan Səlah Əhməd İsa və Hüseyn Əbdül-Ğəffar beynəlxalq Quran yarışlarında birinci yerləri kəsb ediblər.
Bu kənd Quran baxımından öndə olsa da, iqtisadi və rifahi imkanlar baxımından ən geridə qalıb və dövlət məsullarının baxımsızlığından əziyyət çəkirlər.