İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, “Avropa və Almaniyada İslami Araşdırmalar” teleqram kanalı Qurani- Kərimin Avropa dillərinə tərcümələri və mütərcimləri ilə tanışlıq yazıları silsiləsində bu dəfə almaniyalı protestant ilahiyyatçı “Johann Christian Wilhelm Augusti” həyatından və onun Qurani- Kərim barədə mütaliələri və bu müqəddəs kitabı tərcüməsindən danışıb.
Xristian dinin protestant məzhəbinin ilahiyyatçısı Yuhan Kristiyan Aqusti (Johann Christian Wilhelm Augusti) Almaniyanın Strinberq şəhərindəndir.
Yuhan Kristiyan Aqusti xristian dininin protestant məzhəbində ilahiyyatçı olmaqla yanaşı, həm də şərq dilləri və şərqşünaslıq ixtisası üzrə də təhsil almışdı.
Aqustinin Quran tərcüməsi kamil tərcümə deyil. Təkcə Qurani- Kərimin bəzi hissələrindən müxtəlif ayələri seçib və onları Alman dilinə tərcümə etmişdir.
Yuhan Kristiyan Aqustin öz tərcüməsinə “Der kleine Koran, oder Übersetzung der wichtigsten und lehreichesten Stücke des Koran’s”, yəni “Kiçik Quran; Quranın ən mühüm, ən maarifləndirici və ən informativ hissələrinin tərcüməsi” adını vermişdir. Bu Quran nüsxəsi 1798- ci ildə çap və nəşr edilmişdir.
Xristian dinin protestant məzhəbinin ilahiyyatçısı Yuhan Kristiyan Aqusti (Johann Christian Wilhelm Augusti) Qurani- Kərimin seçilmiş ayələrini tərcümə etməkdə məqsədi bu olub ki, tərcümə zamanı Quranın şer tibli quruluşu və səs ahəngi itməsin. Və buna görə də tərcümə zamanı ayələrin qafiyələrinin və nəzminin qorunması üçün çalışmışdır.
Yuhan Kristiyan Aqusti Almaniyanın Koblenz şəhərində dünyadan köçmüşdür.
http://iqna.ir/fa/news/3688235