İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Anadolu əyalətinin ən qədim Qurani- Kərim nüsxəsi Türkiyənin şimalında yerləşən Toqat şəhəri muzeyində ümumi sərgiyə çıxarılıb.
“Anadolu” (AA) xəbər agentliyinin məlumatına görə, Adam Cakir (Anadolu əyalətinin mədəniyyət və turizm idarəsinin müdiri) bu barədə deyib: Bu Quran nüsxəsi Anadolu əyalətinin muzeylərində sərgiyə çıxarılan ən qədim əlyazma Qurani- Kərim nüsxəsidir.
Anadolu əyalətinin mədəniyyət və turizm idarəsinin müdiri edib: Bu qədim əlyazma Quran nüsxəsi Anadolu əyalətinin Toqat şəhərində kəşf edilmişdir. Sonra isə 2010-cu ildə Quniyə şəhərində təmir və bərpa olunmuşdur. Bu qədimi əlyazma nüsxə Qurani- Kərimin təmir və bərpası bir il müddətində başa çatmışdır.
Anadolu əyalətinin ən qədim Qurani- Kərim nüsxəsinin üzərində aparılan araşdırmaq və analizlər göstərir ki, bu nüsxə çox böyük ehtimala görə, milad tarixi ilə 1190-cı ildə kitabət edilmişdir.
Səkkiz yüz il tarixi olan bu qədim əlyazma Quran nüsxəsi nadir və aztapılan bir əsərdir ki, Qurani- Kərimin ərəbcə mətninin altında tərcüməsi də vardır.