IQNA

Feysbuka qarşı kampaniya başladı - Fələstinə görə

22:19 - February 23, 2018
Xəbər sayı: 3482822
Feysbuk Fələstin millətini dəstəkləyən səhifə və hesabları sosial şəbəkənin qaydalarına uyğun olmaması iddiası ilə bloklayır. Buna etiraz edən bir çox aktivistlər kampaniyaya başlayıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Feysbukun Fələstin siyasədinə qarşı kampaniyaya start verildi.
 
Maide.Az "İQNA"ya istinadən xəbər verir ki, Feysbuk Fələstin millətini dəstəkləyən səhifə və hesabları sosial şəbəkənin qaydalarına uyğun olmaması iddiası ilə  bloklayır.
 
Buna etiraz edən Fələstin və dünyanın bir çox yerindən jurnalist və aktivistlər, Feysbuka qarşı kampaniyaya başlayıblar.
 
Onlar #FBfightsPalestine haştaqı ilə Feysbukun Fələstinə qarşı düşmənlik hissi bəslədiyini bütün dünyaya çatdırmağa çalışırlar.
 
Etirazçılar Feysbukun bu addımı ilə bağlı azad düşüncə qurumlarına şikayət etmək niyyətində olduqlarını da bildiriblər.
Teqlər: iqna ، facebook ، fələstin
captcha