IQNA

Pakistanda Həzrət Fatimənin (s) mövlud günü tədbirləri

7:54 - March 10, 2018
Xəbər sayı: 3482882
İslam peyğəmbərinin (s) əziz qızı, dürdanəsi, hər iki dünyanın şahzadəsi olan Həzrət Zəhrayi-Mərziyyənin (s) mövludu münasibəti ilə Pakistanın müxtəlif şəhərlərində bayram tədbirləri keçirilib.

Pakistanda Həzrət Fatimənin (s) mövlud günü tədbirləriİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) əziz qızı, dürdanəsi, hər iki dünyanın şahzadəsi olan Həzrət Zəhrayi-Mərziyyənin (s) mövludu münasibəti ilə Pakistanın müxtəlif şəhərlərində bayram tədbirləri keçirilib.

Pakistan müsəlmanları mövlud münasibəti ilə bayram və şənlik tədbirlərini həftənin Cüməaxşamı günü, 8 Mart 2018-ci il, başlayıblar və gələn həftənin birinci gününədək (12 Mart 2018-ci il) davam edəcəklər.

Mövlud mərasimləri bütün məscidlərdə və İslam mərkəzlərində qarilərin Quran qiraəti ilə başlayır və natiqlərin Həzrət Zəhranın (s) həyatı barədə çıxışları ilə davam edir.

Bu mərasimlərdə müsəlmanlar dini nəğmələr oxuyur, şirini və şərbət paylayırlar.

Mərasimin ən izdihamlı keçirildiyi yer Pakistanın Bəluçistan əyalətinin mərkəzi olan Küveytə şəhəridir.

Həzrət Zəhranın (s) mövlud günləri mərasimi qadının və ananın İlahi məqamını anmaq və bu iki şəxsiyyətə ehtiram etmək mədəniyyətini gələcək nəslə öyrətməkdir.

http://iqna.ir/fa/news/3697975  

  

 

 

captcha