IQNA

Səudiyyəlilər Yəməndə 600 məscidi dağıdıblar

14:10 - March 26, 2018
Xəbər sayı: 3482949
Yəmənin İnsan Haqları Nazirliyi Səudiyyə Ərəbistanının bu ölkəyə qarşı 3 illik hərbi təcavüzü nəticəsində 315 min yəmənlinin həlak olmasından xəbər verib.

Səudiyyəlilər Yəməndə 600 məscidi dağıdıblarƏl-Məsirə telekanalının verdiyi məlumata görə, Yəmənin İnsan Haqları Nazirliyi Səudiyyə Ərəbistanının bu ölkəyə qarşı hərbi təcavüzünün 4-cü ildönümü münasibəti ilə yaydığı hesabatda bildirib: Ali-Səud rejiminin və onun müttəfiqlərinin son üç il ərzində Yəmənə qarşı bir başa hücumlarında 15 min yəmənli şəhid olub və 300 min mülki isə dolayısı ilə bu təcavüzün fəsadları nəticəsində həyatını itirib. 

247 min yəmənli uşaq qida çatışmazlığı, 17608 uşaq müalicə imkanından məhrum olduğuna görə həyatını itirib. 12 min nəfər böyrək çatışmazlığı, 2236 nəfər vəba xəstəliyinə görə və 450 nəfər doğarkən ölüb. 

2361 nəfər təcavüzkarların dəstəklədikləri qrupların cinayətkar əməlləri nəticəsində həyatını itirib yaxud yaralanıb. Yəmənə qarşı hərbi təcavüzün bir başa qurbanarının sayı 38500 nəfərdən ibarətdir. Ölənlərin 2947 nəfərini uşaqlar, 2060 nəfərini qadınlar, 8979 nəfərini isə kişilər təşkil edir. 

Yəmənin İnsan Haqları Nazirliyinin hesabatında sonra deyilir: Yəmənə təcavüz edənlər 600 məscid və 291 turizm təsisatını məhv ediblər, 393 tarixi abidəyə ziyan vurublar. Təcavüzkarlar 271 zavodu, 19 mediya müəssisəsini, 28 radio və televiziya ötürücüsünü məhv ediblər. 

Yəmənin İnsan Haqları Nazirliyi bildirib ki, Yəmənə təcavüz edənlər 400 dövlət rabitə şəbəkəsi və təsisatını, 420 elektrik şəbəkə və təsisatını, 450  yanacaqdoldurma məntəqəsi, yanacaq daşıyan maşını və 85 idman təsisatını son üç il ərzində dağıdıblar. 

300 min yəmənli mülki bu ölkəyə qarşı hərbi təcavüzün təsirləri nəticəsində həyatını itirib. Həmçinin 2.5 milyon məktəbli və universitet tələbəsi Ali-Səud rejimi və onun müttəfiqlərinin Yəmənə qarşı hücumları nəticəsində təhsil imkanını itirib.

Teqlər: səudiyyə ، yəmən ، quran ، iqna
captcha