İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, kütləvi qırğın silahlarından istifadənin qadağası təşkilatının müfəttişləri bu gün, həftənin şənbə günü, 14 Aprel 2018-ci il, Suriyanın şərqi Qutə əyalətinin "Duma" şəhərində öz işinə başlayır.
Onlar Duma şəhərində zəhərli kimyəvi qazlardan istifadə edilməsi iddiası və bu qazların hansı növdən olması barədə araşdırma aparacaqlar.
Kütləvi qırğın silahlarından istifadənin qadağası təşkilatının müfəttişləri əvvəlcə şəhərdə kimyəvi silahlardan istifadə edilib edilməməsi barədə dəlil və sənədlərin və sonra nümunələrin toplanması ilə başlayacaqlar. Və həmin qazların keçən il "Xanşeyxun" da istifadə olunanlardan olub- olmamasını yoxlayacaqlar.
Toplanmış nümunələr daha ətraflı analiz edilmək üçün kütləvi qırğın silahlarından istifadənin qadağası təşkilatının Hollandiyadakı qərargahına göndəriləcəkdir.
Aprel ayının 7-də bəzi xəbər mənbələri elan etmişdilər ki, Suriyanın Duma şəhərində kimyəvi silahlardan istifadə edilib və bunun ardınca 60 nəfər sivil vətəndaş ölüb və 1000 nəfər yaralanıb.