IQNA

Zəkzaki Ərəbistanı şiələri qətliam etməkdə günahlandırdı

22:27 - April 28, 2018
Xəbər sayı: 3483091
Səudiyyə Ərəbistanı ABŞ və İngiltərənin göstərişi ilə Nigeriya qoşunlarının Zariyada şiələri qətliam etməsinə maddi yardım edib.

Zəkzəkai Ərəbistanı şiələri qətliam etməkdə günahlandırdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriya şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki oğlu ilə telefon danışığında Səudiyyə Ərəbistanını Nigeriya şiələrinin qətliam edilməsində günahlandırıb. O deyib ki, Səudiyyə Ərəbistanı şiələri qətliam edənlərə maddi baxımdan təmin edir, onlara maliyyə dəstəyi göstərir.

Nigeriyanın İslami Müqavimət Hərəkatının rəhbəri oğlu ilə telefon danışığında azadlığı üçün hakimiyyətin qoyduğu şərtləri rədd edərək deyib: Səudiyyə Ərəbistanı ABŞ və İngiltərənin göstərişi ilə Nigeriya qoşunlarının Zariyada şiələri qətliam etməsinə maddi yardım edib.

Şeyx İbrahim Zəkzaki hakimiyyətin onunla rəftarını tənqid edərək əlavə edib: Məni həbs edən bir hakimiyyətin təhlükəsizlik zabiti ilə dialoq etmək olmaz. Mənim sözlərimə və təkliflərimə diqqət göstərməyən bir tərəflə necə söhbət edim? Buna görə 4 il öncədən tutduğum mövqeyimdən geri çəkilməyəcəm.

Qeyd edək ki, 2015-ci ildə Nigeriya qoşunları Zariyada yaşayan şiələrə hücum edərək onları qətliam etmişdilər. Hazırda iki ildir ki, Nigeriya İslami Müqavimət Hərəkatının rəhbəri həbsdədir. Övladlarının verdiyi məlumata görə, Şeyx Zəkzaki həsbdə gözlərindəki qara su xəstəliyindən əziyyət çəkir.   

http://iqna.ir/fa/news/3709521

captcha