IQNA

Quran hafizi və Əli (ə) aşiqi olan xristiyan alim

11:58 - June 11, 2018
Xəbər sayı: 3483307
Məşhur alim, ədib, filosof və xristiyan ilahiyyatçısı Nəzmi Luqa 1920-ci ildə Misrin Büheyrə əyalətinin Dəmnəhur şəhərində anadan olub və 1987-ci ildə Misrin paytaxtı Qahirədə dünyasını dəyişib.

Quran hafizi və Əli (ə) aşiqi olan xristiyan alimİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin məşhur alim, ədib, filosof və xristiyan ilahiyyatçısı Nəzmi Luqa Corcis 1920-ci ildə Misrin Büheyrə əyalətinin Dəmnəhur şəhərində anadan olub və 1987-ci ildə Misrin paytaxtı Qahirədə dünyasını dəyişib.

Nəzmi Luqa 6 yaşında olanda Misrin Suiz şəhərinin məscidinə gedərdi. Ərəb dili və ədəbiyyatını həmin məscidin imamı Seyyid əl-Buxarinin yanında öyrəndi. 9 yaşında ikən Qurani-Kərimi kamil şəkildə bir çox hədisləri əzbərlədi. Onun İmam Əliyə (ə) xüsusi sevgisi və ehtiramı var idi. Elə bu məsələ səbəb olmuşdu ki, İslam dini və Peyğəmbərin (s) sirə və sünnəsi barədə dəyərli kitablar yazsın və ömrünün 30 ilini bu işə xərcləsin.

Nəzmi Luqa dünyəvi ibtidayi təhsilini ana vətənində başa vurduqdan sonra, orta təhsilini İskəndiyyədə davam elədi. Sonra Qahidə universitetində hüquq oxudu. Təhsilini davam edərək fəlsəfə elmləri üzrə doktorluq dərəcəsi aldı. Bir müddət Suiz, Qahirə və İskəndəriyyə şəhərlərində fəlfəsə tədris etdi. Bundan əlavə Misrin ərəb yazıçıları birliyinin üzvü idi.

Nəzmi Luqa mədəni fəaliyyətləri zamanı cahillik və təəssübkeşlik ilə mübarizə apardı. İslama nisbət verilən qarayaxmaları fikri savadsızlığın nəticəsi hesab edirdi. Buna görə də İslam dini və peyğəmbərin (s) sünnəsi barədə "Məhəmməd, ər-risalətu vər-rəsul", "Məhəmməd fi həyatihil-xassə", "va Muhəmmədah" və "Allah, əl-İnsan vəl-qiymət" adlı əsərlər yazdı.

نظمی لوقا؛ دانشمند مسیحی حافظ قرآن و دوستدار امام علی(ع)

O həm də iraqlı mütəfəkkir Abbas İqadın şagirdlərindəndir. İslami araşdırmalardan əlavə fəlsəfə və ədəbiyyat barədə də əsərləri vardır.

Nəzmi Luqa tutduğu yolda üzləşdiyi çətinliklərə işarə edərək deyir: "Mən əlində qızarmış kömür tutan adam kimiyəm".

Luqa İslam dinini ümumbəşər dini kimi təqdim edir və deyirdi: "Mən başqa dinin peyğəmbərini sevməyi insafsızlıq adlandıran adamdan soruşuram ki, nə üçün fəzilətləri inkar edərək özünə zülm edir?"  

Bu məsihu mütəfəkkir yəhudilik barədə deyir: "Yəhudilik müəyyən bir millətin dinidir və hamını hidayət edə biləcək bir din deyil".

O, məsihilik barədə yazır: Xristiyanlıq tövhid dini olmaqla yanaşı həm də insanları böyük bir məşuqa sarı yönəldir və buna görə də "qəlb dini"dir. Buna görə də insanların yeni bir dinə ehtiyacı var idi ki, ağlı və qəlbi və millətləri birləşdirsin. Onların cismi və ruhi ehtiyaclarını təmin etsin.

"İslam ağıl və qəlb, cism və ruh və həmçinin millətlər arasında vəhdət yaratmaq üçün göndərilmiş bir dindir".

 http://iqna.ir/fa/news/3716628

Teqlər: iqna ، nazmi luqa ، misr ، xristiyan ، məsihi
captcha