IQNA

BƏƏ-də Fitr bayramı tətilləri

2:57 - June 12, 2018
Xəbər sayı: 3483311
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mübarək Ramazan ayının 29-dan Şəvval ayının üçünədək dövlət səviyyəsində rəsmi tətil elan edib.

BƏƏ-də Fitr bayramı tətilləriİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mübarək Ramazan ayının 29-dan Şəvval ayının üçünədək dövlət səviyyəsində rəsmi tətil elan edib.

BƏƏ-nin İnsan Resursları Federal Agentliyi elan edib ki, mübarək Fitr bayramı dövlət müəssisələri və qrumlarının işçiləri üçün cari həftənin Cüməaxşamı günü, mübarək Ramazan ayının 29-dan başlayacaq.

Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları Federal Agentliyi bəyaniyyə yayaraq mübarək Fitr bayramı münasibəti ilə bütün müsəlmanlara və BƏƏ-nin dövlət rəsmiləri və işçilərinə təbrik deyib.

Bəyaniyyədə həm də elan edilib ki, mübarək Ramazan ayının 29-dan Şəvval ayının üçünədək dövlət səviyyəsində rəsmi tətildir.

http://iqna.ir/fa/news/3721997

Teqlər: ramazan ، iqna ، fitr ، bayram ، tətil
captcha