IQNA

Şeyx Zəkzakinin səhhəti pisləşib

10:30 - July 12, 2018
Xəbər sayı: 3483454
Nigeriya şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzakinin ailəsinə yaxın mənbələr onun səhhətinin pisləşdiyini və bu məsələnin Şeyx Zəkzaki ailəsini və tərəfdarlarını narahat etdiyini bildirib. 

Şeyx Zəkzakinin səhhəti pisləşibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriya şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzakinin ailəsinə yaxın mənbələr onun səhhətinin pisləşdiyini və bu məsələnin Şeyx Zəkzaki ailəsini və tərəfdarlarını narahat etdiyini bildirib. 

Nigerya  İslami Hərəkatının sözçüsü İbrahim Musa deyib ki,  Şeyx Zəkzaki təcili həkim nəzarətində müalicə olunmalıdır.  "Şeyx Zəkzaki üçün yenidən insult keçirmə təhlükəsi var və təcili  həkim nəzarətində müalicə almalıdır”. 
İbrahim Musa Nigeriya rəhbərliyinə müraciət edib və Şeyx Zəkzakini dərhal azad edilməsini və müalicəsi üçün şərait yaradılmasını tələb edib. 
Qeyd edək ki, 2015-ci ildə evinə təşkil olunmuş hücum nəticəsində yaralanan  və hazırda həyat yoldaşı ilə birlikdə həbsdə saxlanılan Şeyx Zəkzaki ötən il  insult keçirmişdi. 
Xatırladaq ki, Nigeriya məhkəməsi 2016-cı ilin sonlarında Şeyx Zəkzəkinin azadlığa buraxılmasına qərar verib, ancaq Şeyx Zəkzəki hələ də Nigeriya hökuməti tərəfindən həbsdə saxlanılır. /maide.az/
Teqlər: iqna ، nigeriya ، zəkzaki
captcha