IQNA

Terroristlər üç avtobus adamdı oğurladılar

8:52 - August 21, 2018
Xəbər sayı: 3483705
Əfqanıstanın şimalında yerləşən Qənduz əyalətində Taliban terrorist qruplaşmasının ünsürləri avtobusların qarşını kəsərək yüz nəfərdən çox sərnişini olan üç avtobusu oğurladılar.

Terroristlər üç avtobus adamdı oğurladılarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanın şimalında yerləşən Qənduz əyalətində Taliban terrorist qruplaşması yüz nəfər sərnişini olan üç avtobusu oğurladılar.

Bu barədə Qənduz əyalətinin təhlükəsizlik rəisi Seyfullah Məhzun dünən, həftənin birinci günü, 20 Avqust 2018-ci il, mətbuat konfransında xəbər verib.

O deyib: Taliban terrorist qruplaşmasının ünsürləri Qənduz əyalətinin Xanabad rayonunda avtobusların qarşısını kəsərək bu maşınlarda olan yüzdən çox sərnişini oğurlayıblar.  

Qənduz əyalətinin təhlükəsizlik rəisi Seyfullah Məhzun əlavə edib: Hal-hazırda çox sayda təhlükəsizlik qüvvələri oğurlanmış vətəndaşları terrorçuların əlindən azad etmək üçün regiona ezam olunublar.

Seyfullah Məhzun vurğulayıb: Hazırda Taliban terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında döyüşlər gedir.

http://iqna.ir/fa/news/3740046

 

Teqlər: iqna ، Əfqanistan ، qənduz ، taliban
captcha