IQNA

Rusiyalı keşişə Nəhcül-Bəlağə hədiyyə edildi – Foto

12:07 - August 31, 2018
Xəbər sayı: 3483761
"Nəhcül-Bəlağə" kitabının araşdırmaçısı Höccətül-İslam vəl-müslimin Seyid Sadiq Musəvi Rusiyanın paytaxtı Moskvada Ortodoks kilsəsinin keşişi və yepiskopu İlarion ilə görüşüb.

Rusiyalı keşişə Nəhcül-Bəlağə hədiyyə edildi – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Nəhcül-Bəlağə" kitabının araşdırmaçısı Höccətül-İslam vəl-müslimin Seyid Sadiq Musəvi Rusiyanın paytaxtı Moskvada Ortodoks kilsəsinin keşişi və yepiskopu İlarion ilə görüşüb.

Dünya müsəlmanlarının dahi rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin Moskvadakı xüsusi nümayəndəsi Höccətül-İslam vəl-müslimin Sabir Əkbəri Ciddi və İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Qəhrəman Sleymaninin iştirakı ilə keçirilən bu görüşdə yepiskop İlariona "Nəhcül-Bəlağə" hədiyyə edilib.

Yepiskop İlarion bu görüşdə bəşər cəmiyyətində məhəbbət, müdara, anlaşıqlı keçinmək, tolerantlıq mədəniyyətinin yayılması və radikalizmlə mübarizə üçün həmkarlığın zəruri olduğunu vurğulayıb.

"Nəhcül-Bəlağə" kitabının araşdırmaçısı Höccətül-İslam vəl-müslimin Seyid Sadiq Musəvi məsihi keşişlərinin məhəbbəti və müsəlman ruhanilərin İslami əxlaqı yaymasını bəşəriyyətin radikalizmi məğlub etmək üçün istifadə etdiyi məntiqin iki qanadı hesab edib.

O əlavə edib: Böyüklüyü, əzəməti və bütün fəzilətləri ilə bütün müsəlmanlar tərəfindən qəbul edilən şəxsiyyətin, yəni İmam Əlinin (ə) dürəfşan kəlamlarının məcmuəsi olan Nəhcül-Bəlağə kitabı xalis İslam məntiqinin simvoludur. Bəşəriyyət bu kitabı oxumaqla İslam dininin həqiqi simasını görə bilər.

http://iqna.ir/fa/news/3742588

 

اهدای نهج‌البلاغه به مقام مسیحی روس+عکس

اهدای نهج‌البلاغه به مقام مسیحی روس+عکس

اهدای نهج‌البلاغه به مقام مسیحی روس+عکس

 

 

captcha