IQNA

Kəşmirdə Səfər ayının əzadarlıqları mərasimi keçirildi

14:06 - November 08, 2018
Xəbər sayı: 3484133
Həzrət Peyğəmbərin (s) vəfatı, İmam Həsənin və İmam Rzanın (ə) şəhadətləri münasibəti ilə keçirilən üç günlük əzadarlıq mərasimlərində Hindistan müsəlmanları iştirak ediblər.

Kəşmirdə Səfər ayının əzadarlıqları mərasimi keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın Kəşmir əyalətində Səfər ayının son ongünlüyünün matəm mərasimləri münasibəti ilə əzadarlıq mərasimləri keçirilib.

Səfər ayının 28 və 29-cu günlərində, yəni Həzrət Peyğəmbərin (s) vəfatı, İmam Həsənin və İmam Rzanın (ə) şəhadətləri münasibəti ilə keçirilən üç günlük əzadarlıq mərasimlərində Hindistan müsəlmanları iştirak ediblər.

Əzadarlıq mərasimləri Hindistanın Kəşmir əyalətinin Səringər, Büdgam, Magam və Kargil şəhərlərində keçirilib.

Bu mərasimlərdə xətib və ruhanilər çıxışlar ediblər, sinəzənlər deyilib, mərsiyə və növhələr oxunub.

Əzadarlıq dəstələri İran İslam İnqilabının dahi rəhbərləri Həzrət Ayətullah Üzma İmam Xomeyni və Xamenei həzrətlərinin fotolarını dəstənin önündə daşıyıblar.

Əzadarların əllərindəki parçalarda İmam Xomeyni və İmam Xameneinin imperializm əleyhinə buyurduqları hikmətli kəlamlar Urdu və İngilis dillərində yazılıb.

Mərasimdə iştirak edən əzadarların və əzadarlıq dəstələrinin təhlükəsizliyini Kəşmirin təhlükəsizlik qüvvələrinin silahlıları qoruyub.

Qeyd edək ki, Hindistanda yaşayan iranlılar da Səfər ayının əzadarlıq mərasimlərinin İran İslam Respublikasının Yeni Dehlidəki Mədəniyyət Mərkəzində keçiriblər.       

http://iqna.ir/fa/news/3762220

برپایی مراسم عزاداری رحلت پیامبر طی سه روز در هند

برپایی مراسم عزاداری رحلت پیامبر طی سه روز در هند

برپایی مراسم عزاداری رحلت پیامبر طی سه روز در هند

captcha