IQNA

Yəməndə 600 illik əlyamza Quranın bərpası

16:22 - November 08, 2018
Xəbər sayı: 3484135
Həmin nüsxə təmir və bərpa məqsədi ilə həftənin üçüncü günü (7 Noyabr) Yəmin "Darul-Məxtutat" (əlyazma nüsxələr evi) idarəsindən paytaxt Səna şəhərinin "Şöəb Sosial İnkişaf Müəssisəsi"nə gətirilib.

Yəməndə 600 illik əlyamza Quranın bərpasıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin paytaxtı Səna şəhərində tarixi 6 yüz il öncəyə qayıdan əlyazma Qurani-Kərim nüsxəsi təmir və bərpa edilir.

Həmin nüsxə təmir və bərpa məqsədi ilə həftənin üçüncü günü (7 Noyabr) Yəmin "Darul-Məxtutat" (əlyazma nüsxələr evi) idarəsindən paytaxt Səna şəhərinin "Şöəb Sosial İnkişaf Müəssisəsi"nə gətirilib.

"Şöəb Sosial İnkişaf Müəssisəsi"nin rəisi bu Qurani-Kərim nüsxəsinin İslam mədəniyyəti tarixinin ən qiymətli xəzinələrindən biri olduğuna işarə edərək deyib: Bizim müəssisəmiz müxtəlif əlyazma nüsxələrin, o cümlədən də bu Quran nüsxəsinin yenidən təmir və bərpa işləri ilə məşğul olmaq gücünə malikdir.

O əlavə edib: Biz ölkənin Mədəniyyət Nazirliyi ilə mövcud müqaviləmiz əsasında bu Quran nüsxəsini dəqiq və elmi metodlarla, bir neçə mərhələdə mütəxəsislər qrupu tərəfindən təmir və bərpa edəcəyik.   

http://iqna.ir/fa/news/3762227

captcha