IQNA

Səudiyyə rejimi 12 Əhli-beyt (ə) ardıcılını edam edəcək

16:32 - November 08, 2018
Xəbər sayı: 3484138
BAT 2016-cı ildə edilən bir kütləvi mühakimə nəticəsində ölüm cəzasına məhkum edilən Əhli-Beyt (ə) ardıcılı olan 12 məhbusun Səudiyyə rejiminin Milli Təhlükəsizlik Mərkəzinə göndərildiyini açıqlayıb.
Səudiyyə rejimi 12 Əhli-beyt (ə) ardıcılını edam edəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BAT - Beynəlxalq Amnistiya Təşkilatı (Amnesty İnternational), 2016-cı ildə edilən bir kütləvi mühakimə nəticəsində ölüm cəzasına məhkum edilən Əhli-Beyt (ə) ardıcılı olan 12 məhbusun Səudiyyə rejiminin Milli Təhlükəsizlik Mərkəzinə göndərildiyini açıqlayıb.
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Səudiyyə rejiminin kralının hökmü təsdiq etdiyi halda bu məhbusların edam ediləcəyi bildirilir.
Beynəlxalq Amnistiya təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Filip Luter məsələ ilə bağlı belə danışıb: "Verilən bəyanatda, "Mərdan (məhbuslardan biri) ailəsi bu vəziyyət və övladlarının dosyesi haqda məlumat çatışmazlığı səbəbindən qorxu və gərginlik içindədir".
Beynəlxalq Amnistiya təşkilatının məlumatlarına görə, edama məhkum olunmuş şəxslər 2013-2014-cü illər arasındda ölkə daxilində həbs olunan məhbuslardır. Onlar  İrana casusluq etmə ittihamı ilə  kütləvi şəkildə mühakimə  edilib və ölümə məhkum edilib. 
Teqlər: iqna ، ərəbistan ، səudiyyə ، şiə
captcha