IQNA

Qurani-Kərim yeni bir dilə ilk dəfə tərcümə edildi

8:57 - February 04, 2019
Xəbər sayı: 3484635
Bu tərcüməni Qurani-Kərimin İngilis dilinə tərcüməsi üzərindən işləyiblər. Tərcümənin başa çatması 12 il vaxt alıb. Tərcümə başa çatdıqdan sonra digər bir qrup tərcüməni islah və redaktə edib.

Qurani-Kərim yeni bir dilə ilk dəfə tərcümə edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ölkənin "Shillong" şəhərində keçirilən mərasimdə Qurani-Kərim ilk dəfə olaraq "Khasi" dilinə tərcüməsinin açılış mərasimi keçirilib.

Qurani-Kərim ilk dəfədir ki, Hindistanda yayılmış və məşhur dillərdən biri olan Xasi (Khasi) dilinə tərcümə edilmişdir.

Bu tərcüməni bir qrup mütərcim Qurani-Kərimin İngilis dilinə tərcüməsi üzərindən işləyiblər. Tərcümənin başa çatması 12 il vaxt alıb. Tərcümə başa çatdıqdan sonra digər bir qrup tərcüməni islah və redaktə edib.

Bu tərcümənin açılış mərasimi həftənin Şənbə günü, 2 Fevral 2019-cu il, Hindistanın Şilang şəhərində keçirilib.

Hindistanın "Sing Bhalang İslam" müəssisəsi bu tərcüməni 1251 səhifədə 3 min tirajla çap və nəşr edib.

Qeyd edək ki, Xasi dilində daha çox Hindistanın şərqində yerləşən Meghalaya əyalətinin əhalisi danışırlar. Habelə bu dildə Hindistanın Asam əyaləti və Banqladeşin bəzi yerlərində də danışılır.   

http://iqna.ir/fa/news/3786923

captcha