IQNA

ABŞ-da yenilikçi İslami təşkilatlara 600 min dollar yardım edildi

8:17 - February 16, 2019
Xəbər sayı: 3484698
Şikaqonun Pillars xeyriyyə fondu Amerikada müsəlmanlara İslami xidmətlər göstərmək sahəsində aktiv fəaliyyət göstərən bir neçə yenilikçi təşkilata 600 min dollar yardım maddi yardım edib.

ABŞ-da yenilikçi İslami təşkilatlara 600 min dollar yardım edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "http://aboutislam.net" informasiya portalına istinadla verdiyi xəbərə görə, Şikaqonun Pillars fondu Amerikada İslami xidmətlər sahəsində aktiv fəaliyyət göstərən bir neçə yenilikçi təşkilata 600 min dollar yardım maddi yardım edib.

Bu maddi yardım bütün Amerikada rifah, sanitariya, hüquq, siyasi, mədəni və elmi sahələrdə aktiv fəaliyyəti olan 26 İslam təşkilatına verilib.

Amerikada anti-islam saytlarından pul qazanan şirkətlərin əleyhinə fəaliyyət göstərən layihə və İslam tarixini əks etdirən sənədli televizya kanalı da bu 600 min dollarlıq maddi yardımdan faydalanacaqdır.

Qeyd edək ki, Pillars fondu 2010-cu ildə müsəlman xeyriyyəçilər ilə İslami xidmətlər sahəsində aktiv olan şirkətlər arasında əlaqələndiri təşkilat olaraq yaradılmışdır.

Bu təşkilatın informasiya portalında dərc edilən məlumata əsasən, 2010-cu ildə beş nəfər xeyriyyəçi müsəlmanın hər biri 25 dollar sərmayə ayıraraq bu fondu təsis etmişdir. Onların hədəfi Amerika cəmiyyətində müsəlmanlara qarşı edilən zülm və ədalətsizliklə mübarizə aparan təşkilatları himayə etməkdir.      

http://iqna.ir/fa/news/3790300  

captcha