IQNA

Moskvada Quran festivalı keçiriləcək

17:35 - February 25, 2019
Xəbər sayı: 3484749
Rusiyanın paytaxtı Moskva şəhərinin Came məscidinin Mart ayının 24-də keçiriləcək "açıq qapı günü" mərasimi çərçivəsində müxtəlif millətlərin iştirakı ilə Qurani-Kərim festivalı da keçiriləcək.

Moskvada Quran festivalı keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiyanın paytaxtı Moskva şəhərinin Came məscidinin "açıq qapı günü" mərasimi çərçivəsində Qurani-Kərim festivalı da keçiriləcək.

Moskva Came məscidi "açıq qapı günü" mərasimini Mart ayının 24-də keçirəcəkdir.

Bu mərasim Moskvanın müftilər şurası, Rusiya Federasiyasının Müsəlman Ruhanilər İdarəsi, "Fadalan" film mərkəzi, "Aktiv" könüllülər dəstəsi və Moskva Müsəlmanları Ruhanilər İdarəsi tərəfindən həyata keçirilir.

İran İslam Respublikasının Rusiyadakı Mədəniyyət Əlaqələri İdarəsinin bu barədə verdiyi məlumata görə, "məscidin açıq qapısı günü" mərasimi zamanı Moskva Came məscidinin təhsil və mədəniyyət zalı müxtəlif dinlərdən və millətlərdən olan qonaqlara ev sahibliyi edəcəkdir.

Məscidin ərazisində 3 min metr sahədə yarış, təlim dərnəyi, sual-cavab masası və digər müxtəlif  proqramlar icra ediləcəkdir.

http://iqna.ir/fa/news/3793098  

captcha