İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, Uqandada minlərlə müsəlman Qəzzafi məscidinin həyətində, Kampala məscidi və xiyabanlarda toplaşıblar.
Uqanda Müsəlmanları Ali Şurasının həmkarlığı ilə keçirilən bu toplantıda Zimbabve respublikasının müftisi İsmail ibn Musa Menk çıxış edərək müsəlmanları həmrəylik, birlik və həmkarlığa dəvət edib.
Minlərlə müsəlmanların qarşısında çıxış edən müfti deyib: Müsəlmanlar İslama olan imanlarını gücləndirməli, bir-birinə nifrət etməməli, bir-biri ilə düşmən olmamalıdırlar. Çünki müsəlmanların bir-birinə düşmənçilik etməsi, bir-birinə qarşı radikal davranması İslam maarifi və dini təlimlərə ziddir.
O vurğulayıb: İslam sülh və vəhdət dinidir. Müsəlmanlar həmdil və həmrəy olmalıdırlar. Müsəlmanlar dini və əxlaqi dəyərləri cəmiyyətdə qorumaq üçün ciddi cəhdlə qorumalıdırlar, müsəlman cavanlar cəmiyyətin problemlərinin aradan qaldırılmasına kömək etməlidirlər.