İmam Cavadın (ə) şəhadəti ərəfəsində, zəvvarların Kazimeynə girişi qadağan edilib.
Maide.Az “Aljawadain” saytına istiandla xəbər verir ki, koronavirus epidemiyasının yayılması səbəbilə İmam Cavadın (ə) şəhadəti ərəfəsində İmam Museyi-Kazım (ə) və İmam Muhəmməd ət-Təqinin (ə) hərəminə giriş qadağan edilib və hərəm xidmətçilərinin digər şəhər və ölkələrdən olan zəvvarların əvəzində naib olaraq O həzrətin hərəmini ziyarət etməsi üçün qeydiyyat başlanıb.
Ziyarət üçün İmam Cavadın (ə) hərəmində qeydiyyatdan
BURADAN keçə bilərsiz. İmam Cavadın (ə) hərəminin xidmətçiləri qeydiyyatdan keçən zəvvarların əvəzində O həzrətin qəbrini bu gün və sabah ziyarət edəcək.