IQNA

İslam İnqilabının Ali Rəhbəri başsağlığı ismarıcı verib

22:01 - February 01, 2021
Xəbər sayı: 3489179
Ayətullah Xamenei: Dəyərli alim Ayətullah Hacı Şeyx Abdullah Nəzərinin (r.ə) vəfatı münasibətilə möhtərəm ailəsinə, onu sevənlərə və əziz Mazandaran xalqına başsağlığı verirəm.

Ali Rəhbər Ayətullah-Üzma Seyid Əli Xamenei Hüseyni cənabları dəyərli alim Ayətullah Nəzərininn vəfatı münasibətilə başsağlığı verib.
 
IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi)  Ali Məqamlı Rəhbərin dəftərxanasının rəsmi xəbər portalına istinadla xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
"Mərhəmətli və Bağışlayan Allahın adı ilə! 
 
Dəyərli alim Ayətullah Hacı Şeyx Abdullah Nəzərinin (r.ə) vəfatı münasibətilə möhtərəm ailəsinə, onu sevənlərə və əziz Mazandaran xalqına başsağlığı verirəm.
O mərhum İmam Xomeyninin (r.ə) keçmiş şagirdlərindən olub və onun mübarizə tarixi zalım tağut dövrünə qayıdır; belə ki, Sari şəhərinin Came məscidində haqqı tələb edən və İslam həqiqətlərinə təşnə olan gənclər üçün çıraq və mehvər olub.
İnqilabdan sonra da həmişə inqilabçı hərəkət və dəyərlərin təşviqatçısı və dəstəkçisi olub.
Allah-Taaladan o mərhum üçün rəhmət, məğfirət və yüksək dərəcələr diləyirəm!" /iqna/
captcha