Həzrət Fatimeyi-Zəhranın (s.ə) bu doğum günündə müsəlman qadının məqam və səviyyəsini düzgün müəyyənləşdirməyimiz yerinə düşər. Bu günü “Qadınlar günü”, “Analar günü” adlandırıblar. Bu, çox-çox yaxşıdır.
Bu günə “Rəhbər günü” də demək olardı, heç bir problem olmazdı. “Ən ali insan günü” də demək olardı; amma bu gün bizim cəmiyyətimizin analığın mənasını dərk etməyə, evdar xanım olmağın, evdarlığın nə demək olduğunu bilməyə ehtiyacı var.
Fatimeyi-Zəhranın (s.ə) o məqamına, o şəninə, o əzəmətinə baxmayaraq, o, evdar bir xanımdır. Bu, onu alçaltmır. O əzəməti ilə onu alçaltmaq heç mümkün də deyil; heç o əzəməti kiçik hesab etmək olarmı? O əzəmət öz yerində qalır, amma o əzəmətli qadının missiyalarından, məşğuliyyətlərindən biri də həyat yoldaşı və yaxud ana olmaq, evdarlıq etməkdir. Gəlin bu anlayışlara bu prizmadan baxaq. (Ali Rəhbər Ayətullah Xameneinin Əhli-Beyt (ə) məddahları ilə görüşü zamanı etdiyi çıxışın bir parça – 23 /02/ 2017.)