IQNA

Pakistanda Fələstinə dəstək mitinqi keçirilib

10:02 - May 24, 2021
Xəbər sayı: 3489891
On minlərlə insan Fələstin xalqı ilə həmrəylik nümayiş etdirmək üçün Pakistanın Karaçi şəhərinə toplaşıb.

İQNA-nın (Beynəxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Fələstin bayraqlarının dalğalandırıldığı aksiya zamanı nümayişçilər Fələstinlə həmrəylik mesajları və İsrail əleyhinə şüarlar səsləndiriblər.  

Təşkilatçılar aksiyaya 100 mindən çox insanın qoşulduğunu iddia edib, təhlükəsizlik qüvvələri isə iştirakın 50 mindən çox olduğunu bildirib.  

Digər tərəfdən, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyə də nümayişə telefon əlaqəsi ilə qoşulub.

İsmayıl Həniyə İsrailin Fələstin xalqının torpağını ələ keçirtmək istədiyini, ancaq fələstinlilərin bunun baş verməsinə əsla imkan verməyəcəyini söyləyib.  

Həniyə Pakistan hökumətinin qlobal forumlarda Fələstin məsələsini müdafiə etməyə davam edəcəyinə ümid etdiyini söyləyib. / Sputnik

captcha