IQNA

Tailandlı müsəlman xanım həmdinlərinə qarşı zorakılıqla mübarizə aparır

18:19 - August 20, 2021
Xəbər sayı: 3490560
Tailanddan olan müsəlman hüquq-müdafiəçisi Ançana Himima ölkəsinin cənubunda yaşayan həmdinlərinin qanuni hüquqlarının müdafiəsi fəaliyyəti ilə məşğuldur.

Tailanddan olan müsəlman hüquq-müdafiəçisi Ançana Himima ölkəsinin cənubunda yaşayan həmdinlərinin qanuni hüquqlarının müdafiəsi fəaliyyəti ilə məşğuldur.

O, hər gün yerli müsəlmanların ağrı-acı, təhqirlər və təqiblərə məruz qalmalarına dair həyati hekayələrini dinləyir.

Hər şey 2008-ci ildə onun qohumunun hərbçinin qətlində ittiham edilərək həbsindən sonra başlayıb. Ançananın qohumu 2 il həbs həyatı yaşayıb, yalnız bundan sonra bütün maddələr üzrə ona bəraət qazandırılıb. Tailand həbsxanalarında qalmaq isə ölümcül təhlükəlidir.

“Onlar fərqli-fərqli işgəncə növlərindən istifadə edirlər – döyülmə, elektrik cərəyanı, yuxudan məhrumetmə. Onlar məhbusların başlarına plastik paketlər keçirirdilər. Onlar həmçinin təcriddən də istifadə edərək onları cürbəcür yollarla qorxudurlar.”, – deyə Ançana bildirib.

Qeyd edək ki, malay müsəlmanlar Tailand əhalisinin təxminən 5 faizini təşkil edir. Onlar əsasən ölkənin cənubunda yaşayırlar və burada əhalinin 75%-dək olan hissəsini təşkil edirlər.

2004-cü ildə Tailand polisi həbs edilən 78 müsəlmanın boğularaq qətlə yetirildiyini etiraf edib və bu, ölkənin müsəlmanlar yaşayan bölgəsində böyük narazılıqlar və gərginliklərə səbəb olub.

Ançanın hüquq-müdafiə fəaliyyəti isə hakim rejimin narazılığına səbəb olub. 2016-cı ildə müsəlman xanım və daha 2 hüquq-müdafiəçisi əsassız şəkildə ittiham edildilər. Ançanın ünvanına təhdidlər səslənir, lakin o, ümidini itirmir və özbaşınalıqla mübarizəni davam etdirir.

captcha