IQNA

Bakıda Həzrət Zəhraya (s.ə) əzadarlıq ediblər

10:12 - January 08, 2022
Xəbər sayı: 3491526
İranın Azərbaycan Respublikasındakı mədəniyyət müşaviri tərəfindən İranın Bakıdakı Şəhriyar evində Həzrət Zəhranın (s.ə) şəhadətinin ildönümü münasibətilə matəm mərasimi keçirilib.

"İQNA", xəbər verir ki, İranın Azərbaycan Respublikasındakı səfiri Seyyid Abbas Musəvi, bu proqramda Həzrət Fatimeyi Zəhranın (s.ə) əxlaqi fəzilət və səciyyələrinə işarə edərək deyib: "İlk dəfə Əhli-beyt (ə) ölkəsi olan bir ölkədə Seyyidlərin kiçik ailəsinin bir üzvü kimi xidmət etməkdən xoşbəxtəm."

İran İslam Cümhuriyyətinin Bakıdakı səfirliyinin mədəniyyət müşaviri Qurban Əli Purmərcan da iki dünyanın xanımı Həzrət Fatimə Zəhranın (s.ə) böyük əxlaq və davranış usullarına toxunaraq deyib: "Həzrət Zəhra (s.ə) 1400 il əvvəl cəhalət dövründə yaşamış və bu gün 21-ci əsr qadınları üçün ən görkəmli nümunədir."

Bakıda Həzrət Zəhraya (s.ə) əzadarlıq ediblər

4026948

captcha