IQNA

Ərəbistanının “Kəlam ətri” beynəlxalq Quran müsabiqəsində qeydiyyat başlayıb

12:48 - January 06, 2023
Xəbər sayı: 3493522
Səudiyyə Ərəbistanında Quran və Azan üzrə beynəlxalq “Kəlam ətri” müsabiqəsinin ikinci mərhələsində iştirak üçün qeydiyyat başlayıb.

"İQNA", "Əl-Yəvm"-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Əyləncə Məsələləri Baş İdarəsinin rəisi Turki Ali-Şeyx ikinci beynəlxalq Quran və Azan yarışlarında iştirak etmək üçün qeydiyyatın başladığını açıqlayıb.

"Kəlam ətri" adlandırılan bu yarışma Qurani-Kərim tilavəti ilə azanın eyni vaxtda verildiyi ilk proqramdır. Həmçinin dünyada öz sahəsində ən böyük studiya proqramıdır.

Ali-Şeyxin sözlərinə görə, onun nəzarəti altında olan idarə bu yarışmanın təşkili və keçirilməsinə nəzarət edir. Habelə qaliblər üçün 12 milyon Səudiyyə riyalı məbləğində misli görünməmiş mükafatlar nəzərdə tutulub.

Bu müsabiqədə iştirak etmək üçün qeydiyyat çərşənbə, yanvarın 4-dən başlayıb. Maraqlananlar https://otrelkalam.com saytına daxil olaraq bu müsabiqədə qeydiyyatdan keçə bilərlər.

Beynəlxalq Quran və Azan yarışlarının ikinci mərhələsi 4 mərhələdən ibarətdir. Birinci mərhələ müsabiqə saytında qeydiyyatdan keçmək və münsiflər komitələri tərəfindən qiymətləndirilmək üçün audio klipin yüklənməsi ilə başlayır.

İkinci və üçüncü mərhələdə bu mərhələnin qalibləri də münsiflər tərəfindən qiymətləndirilmək üçün audio çarx göndərməlidirlər. Müsabiqə mərhələlərinə uyğun olaraq qiymətləndirmə standartları artır. Üçüncü mərhələnin qalibləri final mərhələsində iştirakçı kimi seçilir.

Müsabiqənin final mərhələsi müqəddəs Ramazan ayında əyani keçiriləcək və MBC və Şahid tətbiqi vasitəsilə canlı yayımlanacaq.

4112120

captcha