IQNA

Qahirədə Həzrət Zeynəb (s) məscidi müvəqqəti bağlanıb

7:13 - February 05, 2024
Xəbər sayı: 3495417
İQNA – Misir Vəqflər Nazirliyi məscidin bərpasını sürətləndirmək üçün Həzrət Zeynəb (s) məscidinin müvəqqəti bağlandığını açıqlayıb.

"İQNA", "Misir xəbər"-nə istinadən bildirir ki, Misirin Vəqflər Naziri Məhəmməd Muxtar Cuma Facebook səhifəsində yazıb ki, Həzrət Zeynəb (s) məscidində abadlıq işləri son mərhələyə qədəm qoyduğundan və işlərin sürətləndirilməsi zərurəti ilə əlaqədar vəqf, məscidi müvəqqəti bağlamalı olub.

Məscid fevralın 1-də bağlanıb və ümid edilir ki, yenidənqurma və təmir işləri Ramazan ayına qədər yekunlaşacaq.

Qahirənin tarixində və mədəniyyətində mühüm yeri olan Seyyidə Zeyneb (s) məscidi ən böyük məscidlərdən biridir və əsrlər boyu Quran və dini icmaların bu şəhərdə toplaşdığı ən mühüm yerlərdən biri hesab olunur. Məscidin son abadlıq işləri 1969-cu ildə Misir Vəqflər Nazirliyi tərəfindən həyata keçirilib.

4197624

captcha