IQNA

Hindistanda məscidin dağıdılmasından sonra baş verən qarşıdurmalarda ən azı 5 nəfər ölüb

10:46 - February 11, 2024
Xəbər sayı: 3495445
İQNA – Hindistanın şimalında məscidin sökülməsinə qarşı şiddətli etirazlar nəticəsində azı 5 nəfər ölüb, 150-dən çox adam yaralanıb.

"İQNA", "Əl-Cəzirə" saytına istinadən xəbər verir ki, etirazçılar məhkəmə qərarının hələ yekunlaşmadığını, bələdiyyə rəsmiləri isə söküntü əmrinin məhkəmə tərəfindən verildiyini iddia edirlər.

Həyatını itirənlərin kimliyi ilə bağlı açıqlama verilməsə də, Hindistan mətbuatında yer alan xəbərlərdə ölən və yaralananlar arasında çoxlu polis məmuru və çoxlu jurnalistin olduğu bildirilir.

Uttarakhand əyalət polisi aksiya zamanı müsəlmanların avtomobilləri yandıraraq onlara daş atdıqlarını və buna cavab olaraq həqiqi silahdan açılan atəşlə və gözyaşardıcı qazla müdaxilə etdiklərini bildirib.

Hakimiyyət qeyri-müəyyən komendant saatı tətbiq edib və polis qüvvələrinə atəş açmağa icazə verib.

Uttarakhand rəsmilərindən biri olan Radha Rathore, cümə axşamı zorakılıqdan sonra səlahiyyətlilərin internet xidmətlərini dayandırdığını və bu əyalətin Haldvani şəhərində məktəbləri bağladığını söylədi.

Uttarakhand əyalətinin polis rəisi vəziyyətin nəzarət altında olduğunu, bölgəyə təxminən 4 min polis əməkdaşının göndərildiyini bildirib.

Haldvani Yeni Dehlidən 270 km şimal-şərqdə yerləşir.

Yerli rəsmilərdən Vandana Sinq Çuhan, zorakılıq nəticəsində 2 nəfərin öldüyünü, 150-dən çox polisin yaralandığını və müalicə üçün xəstəxanaya aparıldığını bildirib.

4198888

captcha