IQNA

Səudiyyə Ərəbistanında 3D çap texnologiyasına sahib ilk məscid

9:08 - March 10, 2024
Xəbər sayı: 3495596
İQNA - Ciddədə 3D çap texnologiyası ilə tikilmiş 5600 kvadratmetrlik dünyada ilk məscid açılıb.

"İQNA", "Əl-misri Əl-yəvm"-ə istinadən xəbər verir sözügedən məscid bəzi dövlət rəsmiləri və iş adamlarının iştirakı ilə mərhum səudiyyəli iş adamı Əbdüləziz Abdullah Şərbətlinin adına açılıb.

Altı ay davam edən yeni məscidin tikintisində dünyanın mühüm 3D printer istehsalçılarından biri olan Çinin Guanli şirkətinin istehsalı olan 4 printerdən istifadə edilib.

Məscidin xərclərinin Vecnat Muhamməd Əbdülvahid adlı səudiyyəli iş adamı tərəfindən qarşılandığı qeyd edilərkən, Əbdülvahid "bu müasir texnologiyanın Səudiyyə Ərəbistanına gətirilib tanıdılmasını və bu məqsədlə məscidin olmasını və mərhum həyat yoldaşının adını daşımasını istədiyini bildirdi".

Əbdülvahid əlavə edib ki, bu texnologiya çoxlu sınaqlardan keçirilib və Səudiyyə Ərəbistanına uyğun bir araşdırma üzərində iş gedir.

 3D çap texnologiyası fiziki obyekti 3D skaner vasitəsilə dizayn edərək və kompüter proqramlarından istifadə etməklə yaradan texnologiyadır.

4204051

Teqlər: ərəbistan
captcha