IQNA

Quterreş Rəfah sərhəd qapısından qəzzalılara səsləndi: "Siz tək deyilsiniz"

13:39 - March 24, 2024
Xəbər sayı: 3495682
İQNA – Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Qəzzada təcili atəşkəs və fasiləsiz humanitar yardımın vaxtı çatdığını bildirib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) internet saytında verilən açıqlamaya görə, baş katib Antonio Quterreş Misir və Qəzza arasındakı Rəfah Sərhəd Qapısı qarşısında mətbuat konfransı keçirib.

Qəzzalıların sonsuz qorxu yaşadığını qeyd edən Quterreş evlərin dağıdıldığını, ailələrin və nəsillərin tamamilə məhv edildiyini, aclıq və qıtlığın xalqı bürüdüyünü bildirib.

Quterreş bildirib ki, fələstinlilər aylarca davam edən sıxıntı və ağrıdan sonra Ramazan ayına İsrailin hücumları və humanitar yardımların daxil olmasına maneələr yaratması ilə daxil olublar.

Fələstinlilərlə həmrəy olduğunu göstərmək üçün oruc tutan Quterreş Qəzzada olanların iftarda yeməyə yemək tapmamasından narahatlığını dilə gətirib.

Guterres, Qəzzaya girmək üçün Rəfah Sərhəd Qapısının hər iki tərəfində yük maşınlarını gözləyərkən, sərhədin o biri tərəfindəkilərin aclıqdan öldüyünü ifadə edərək, "vəziyyətin faciəvi və mənəvi cəhətdən hiddətləndirici" olduğunu qeyd edib.

Hücum dairəsinin genişlənməsinin mülki əhalinin, bütün əhalinin və israilli əsirlərin vəziyyətinin pisləşməsi anlamına gəldiyini vurğulayan Quterreş, "Artıq atəşkəsin vaxtıdır, İsrailin humanitar yardım materiallarının Qəzzənin hər tərəfinə tam və qeyri-məhdud daşınması və əsirlərin azad edilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinin vaxtıdır" dedi.

Qəzzadakı fələstinlilərə “siz tək deyilsiniz” deyərək müraciət edən Quterreş dünyanın hər yerində insanların hər gün gördükləri vəhşiliyə qəzəbləndiyini dilə gətirib.

TRT

captcha