IQNA

Qəzzada şəhidlərin sayı 32 min 975 nəfərə çatıb

5:21 - April 04, 2024
Xəbər sayı: 3495734
İQNA - İşğalçı İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı 32 min 975-ə yüksəlib.

Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi bu gün sionist rejim ordusunun Qəzza zolağında son 24 saat ərzində 5 qətliam törətdiyini bildirib.

Açıqlamada bu hücumlarda 59 fələstinlinin şəhid olduğu, 83 nəfərin yaralandığı bildirilib.

Bəyanatda sionist İsrailin oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayının 32 min 975-ə, yaralıların sayının isə 75 min 577-yə çatdığı bildirilib.

captcha