IQNA

Cənubi Afrikada "Ümumdünya Qüds Günü" yürüşü

3:29 - April 08, 2024
Xəbər sayı: 3495755
İQNA - Cənubi Afrikanın Yohannesburq şəhərində Ümumdünya Qüds Günü münasibətilə Fələstinə dəstək yürüşü keçirilib.

İmam Xomeyni (r.ə) İran İslam İnqilabının qələbəsi ilə Fələstin məsələsinə diqqət çəkmək və məzlum Fələstin xalqına dəstək olmaq üçün mübarək Ramazan ayının son cümə gününü Ümumdünya Qüds günü elan edib. Bu tarixdən sonra dünyanın müxtəlif yerlərində Ümumdünya Qüds Günü tədbirləri keçirilir.

Cənubi Afrikanın Yohannesburq şəhərində bir çox qrumların dəstəyi ilə "Ümumdünya Qüds Günü" münasibətilə yürüş təşkil olunub.

Nümayiş iştirakçıları əllərində Fələstin bayraqları ilə yanaşı, İsrailin Qəzzaya hücumlarını pisləyən plakatlar daşıyıblar.

Nümayişçilər ABŞ səfirliyi qarşısına toplaşaraq sionist İsrailin Qəzzaya hücumlarına etiraz ediblər.

captcha