IQNA

Tehranın məşhur küçəsinə Şirin Əbu Aqilə adı veriləcək

5:11 - April 14, 2024
Xəbər sayı: 3495785
İQNA - Paytaxt Tehranın Mandela bulvarında yerləşən Qol Əzin küçəsi Əl-Cəzirə telekanalının müxbiri Şirin Əbu Aqilənin adını daşıyacaq.

Tehranın Mandela bulvarında yerləşən Qol Əzin küçəsinə sionist rejim tərəfindən öldürülən Əl-Cəzirə telekanalının müxbiri Şirin Əbu Aqilənin adının verilməsi Tehran Şəhər Şurası tərəfindən təsdiqlənib.

Əl-Cəzirə televiziyasının təcrübəli müxbiri Əbu Aqilə 2022-ci il mayın 11-də sionist qüvvələrin Cənin şəhərindəki qaçqın düşərgəsinə basqını apararkən rejim əsgərləri tərəfindən açılan atəş nəticəsində həlak olub.

captcha