IQNA

Mursi və "İxvan" başçıları həbsdən qaçdıqları üçün mühakimə olundu

12:32 - January 29, 2014
Xəbər sayı: 1368113
Beynəlxalq qrup: Misirin keçmiş prezidenti Mursi və "İxvan"ın digər başçıları 2011-ci ilin "25 yanvar inqilabı" cərəyanında həbsdən qaçdıqları üçün dünən (28 yanvar) həbsdən qaçmaq ittihamı ilə Qahirənin Polis Adademiyasında mühakimə olundular.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ərəbistan çapı olan "əl-həyat" qəzetinə istinadən verdiyi xəbərə görə Məhəmməd Mursi - Misirin keçmiş prezidenti və "İxvan"ın digər başçıları 2011-ci ilin "25 yanvar inqilabı" cərəyanında "Vadi ən-Nətrun" həbsxanasına yürüş zamanı həbsdən qaçdıqları üçün dünən (28 yanvar) həbsdən qaçmaq ittihamı ilə Qahirənin Polis Adademiyasında mühakimə olundular.
Mursi "burcul-ərəb" və digər "ixvançı"lar "tərrə" zindanından güclü təhlükəsizlik tədbirləri ilə Qahirənin Polis Akademiyasına gətiriliblər.
İxvançıların məhkəməsi canlı yayımla efirə gedib. Onların sayı 129 nəfərdən çox olub ki, aralarında Mursi, Məhəmməd Bədi və Məhəmməd İzzət kimi başçılar da var idi. 
Qahirə Cinayət Məhkəməsinn sədri Şaban əş-Şami rəsmi olaraq elan edib ki, Misirin media əməkdaşlarının məhkəmə iclasında iştirak etməsi və beləliklə mühakimə prossesini canlı yayımla televiziyada yayımlaması maneəsizdir.
Ötən noyabr ayında Mursinin ilk mühakiməsi keçirilən zamandan media əməkdaşlarına məhkəmə prossesini lentə almaq qadağan edilmişdi.
Mursini dəstəkləyən Legitimliyinə müdafiə Milli Koalisiyası Mursinin tərəfdarlarını məhkəmə önündə aksiyaya çağırıb.

1367576

captcha