IQNA

Şimali Kipir Türk Respublikası İKT-yə daimi üzv olmaq üçün çalışır

12:16 - November 16, 2010
Xəbər sayı: 2033179
Beynəlxalq şöbə: Şimali Kipir Türk Respublikasının İslam Konfransı Təşkilatına daimi üzviyyəti məsələsi ötən gün İslami Ölkələr parlamentlər birliyinin baş katibi və Şimali Kipir Türk Respublikası prezidentinin görüşündə müzakirə olunub.
İQNA Quran agentliyi “haberkamu” saytına isitnadən məlumat verir ki, İslami Konfrans təşkilatına üzv ölkələrin parlamentlərarası birliyin baş katibi Mahmut Erol Kılıç Şimali Kipir Türk Respublikasının 27-ci il müstəqilliyi münasibəti ilə bu ölkəyə səfər edib, ölkə prezidenti Derviş Eroğlu ilə görüşüb. Görüşdə tərəflər Şimali Kipir Türk Respublikasını İKT-ya daimi üzv olması məsələsini müzakirə ediblər.
Kılıç deyib ki, İKT üzv ölkələrin Şimali Kipir Türk Respublikasının vəziyyəti ilə bağlı nəzərini dəyişmək üçün üç ildir ki, çalışıram ümid edirem ki, bu ölkə yaxın gələcəkdə daimi üzv kimi İKT-ya qəbul olacaq.
Noyabrın 15-də Şimali Kipir Türk Respublikasının müstəqilliyinin 27-ci ildönümü mərasimləri keçirilib. Bu respublika 1983 –cü ildə müstəqilliyini elan edib.695857
captcha