IQNA

Misirin yeni prezidenti Netanyahunun telefon zənginə cavab vermədi

19:19 - July 02, 2012
Xəbər sayı: 2359445
Beynəlxalq qrup: Məhəmməd Mursi - Misirin yeni prezidenti, bir-neçə dəfə Netanyahunun – Sionist rejiminin baş naziri, telefon zənginə cavab verməkdən imtina etmişdir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) “CPİ” saytına istinadən verdiyi xəbərə görə Məhəmməd Mursi - Misirin yeni prezidenti, bir-neçə dəfə Netanyahunun – Sionist rejiminin baş naziri, telefon zənginə cavab verməkdən imtina etmişdir.
Netanyahu Mursiyə prezident seçkilərində qələbə çalmasını təbrik demək üçün zəng etmişdir ki, Mursi – İxvanul-musliminin üzvi və Misirin yeni prezidenti, bu telefon bağlantısına qoşulmaqdan imtina etmişdir.
Netanyahu da - Sionist rejiminin baş naziri, məcbur qalıb təbrik teleqrafı göndərməklə kifayətlənmişdir.
İbri dilli xəbər agentliklərinin yazdığına əsasən Netanyahu - Sionist rejiminin baş naziri, Amerikadan da bu məsələdə kömək istəmişdir ki, ABŞ Mursini telefona cavab verməyə qane və onu İsrail ilə siyasi əlaqələrin qorunmasına məcbur etsin.
Məhmud Ğəzlan – Misirin ixvanul-muslimin təşkilatının sözçüsü, deyib ki, bu təşkilatın sionist rejiminə qarşı siyasəti dəyişməyəcək, sionist rejimini rəsmi tanımaycaq və müqavimətdən himayət edəcəkdir.
1043210
captcha