IQNA

Misir, Qəzzə sərhəddini açıq saxlayacaqdır

11:33 - October 02, 2012
Xəbər sayı: 2424288
Beynəlxalq qrup: Məhəmməd Mursi – Misir prezidenti, elan etdi: Onun ölkəsi Rəfəh keçid məntəqəsini (Qəzzə sahilinin Misir ilə müştərək sərhəddi) açıq saxlayaraq Fələstin xalqına köməklərini davam etdirəcəkdir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) PRESS TV-yə istinadən verdiyi xəbərə görə Məhəmməd Mursi – Misir respublikasının prezidenti, Türkiyədə mətbuat konfransında dedi: "Misir xalqı fələstinliləri mühasirədə gördükcə heç vaxt bekar oturmayacaq və öz köməklərini əsirgəməyəcəklər".
O dedi: Onun ölkəsi Rəfəh keçid məntəqəsini (Qəzzə sahilinin Misir ilə müştərək sərhəddi) açıq saxlayaraq Fələstin xalqına köməklərini – (yemək-içmək, dərman, təlim-tərbiyə vəsaiti, ailə əlaqələri) - davam etdirəcəkdir".
Məhəmməd Mursi – Misir respublikasının prezidenti, dedi: Qahirə istəyir ki, Fələstin fələstinlilərin iradə və istəyi ilə idarə olunsun və paytaxtı Beytül-Müqəddəsin olan müstəqil bir ölkə kimi elan olsun.
Mersi, Suriya böhranına işarə edərək dedi: Regionun 4 dövləti (Misir, İran, Türkiyə və Ərəbistan) Suriya böhranının həlli üçün danışıqlarını davam etdirəcəklər.
Qeyd edək ki, sionist rejim 2007-ci ildən bəri (Həmas Müqavimət Hərəkatı qüdrəti ələ aldıqdan sonra) Qəzzəni yer, göy və havadan mühasirəyə almışdır.
1111660
captcha